Ronaldu "Roma" ilə matçda rəqib komandanın müdafiəçisi Florensini ələ salıb

13-05-2019, 07:22           
Ronaldu "Roma" ilə matçda rəqib komandanın müdafiəçisi Florensini ələ salıb
Futbol üzrə İtaliya A seriyasının 36-cı turunun matçında "Roma"nın müdafiəçisi Alessandro Florensi ilə "Yuventus"un hücumçusu Kriştianu Ronaldu arasında qarşıdurma yaranıb.

"Report" xəbər verir ki, hadisə görüşün 59-cu dəqiqəsində baş verib.

Belə ki, deyişmə zamanı portuqaliyalı hücumçusu jestlə rəqibinin susmasına işarə edib. Ronaldu rəqibini onun boyunun kiçik olması ilə ələ salıb.

Qeyd edək ki, portuqaliyalının boyu italiyalı rəqibindən 14 santimetr ucadır. Ronaldunun boyu 187 santimetr, Florensinin boyu isə 173 santimetrdir.

Ronaldu indiki mövsümdə "Yuventus"un heyətində 41 matç oynayıb. O, 28 top vurub və 13 məhsuladr ötürmə edib. Klub səviyyəsində Florensinin hesabında 36 matç, 3 qol və 3 ötürmə var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru