Bakıdakı Avropa Liqasının final matçının hakimləri açıqlanıb

13-05-2019, 18:09           
Bakıdakı Avropa Liqasının final matçının hakimləri açıqlanıb
Bakıda keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşmasının hakimləri açıqlanıb.

"Report"un məlumatına görə, İngiltərənin "Arsenal" və "Çelsi" komandalarının oyunu italiyalı hakimlər briqadasına həvalə olunub.

FIFA referisi Canluka Rokkiyə yan xətt hakimləri qismində Filippo Meli və Lorenzo Manqanelli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Daniele Orsato yerinə yetirəcək.

Həlledici görüşdə əsas video-köməkçi Hakim (VAR) italiyalı Massimiliano İrrati olacaq. Ona bu işdə həmyerlisi Marko Quida və Polşadan olan Şimon Marçinyak yardımçı olacaq. VAR-da oyundan kənar vəziyyətə isə polşalı Pavel Sokolniçki baxacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Qarşılaşma saat 23:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru