Fransa klubu "Qarabağ"ın futbolçusunu istəyir

16-08-2019, 10:51           
Fransa klubu "Qarabağ"ın futbolçusunu istəyir
"Qarabağ"ın futbolçusu Abdullah Zubir Fransa çempionatına qayıda bilər.

Qaynarinfo Fransa KİV-inə istinadən xəbər verir ki, ötən mövsüm Liqa 1-də sonuncu pilləni tutaraq ikinci liqaya düşən "Genqam" Mərakeş əsilli yarımmüdafiəçini transfer etmək istəyir.

Bu məqsədlə "Genqam”ın prezidenti Bertrand Desplat və menecer Stefan Kornonun Bakıya gəlib. Klub rəsmiləri "Qarabağ”la danışıqları yekunlaşdırıb, transferi tezliklə həll etmək istəyir.

Qeyd edək ki, Zubir "Qarabağ”a Fransanın "Lans” klubundan gəlib. Ötən ilin yayında Ağdam təmsilçisinə qoşulan futbolçu 2020-ci ilin yayınadək Azərbaycan klubuna məxsusdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.