Eden Hazard ağır zədələnib

17-08-2019, 04:16           
Eden Hazard ağır zədələnib
"Real"ın yeni transferi və Belçika millisinin yarımmüdafiəçisi Eden Hazard zədə səbəbindən üç-dörd həftə ərzində baş tutacaq oyunları buraxa bilər.

“Report” xəbər verir ki, futbolçunun ombadan aldığı zədə təxminən bir aya sağalacaq. Bu səbəbdən, futbolçu İspaniya çempionatının ilk üç turunda "Selta", "Valladolid" və "Villarreal" a qarşı oyunları buraxacaq.

Ayrıca, oyunçu Avro-2020-nin seçmə turnirində Belçika millisinin San Marino və Şotlandiyaya qarşı matçlarını buraxmaq riski ilə də üzləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru