"Mançester Siti" "Tottenhem"lə heç-heçə edib

18-08-2019, 09:05           
"Mançester Siti" "Tottenhem"lə heç-heçə edib
"Mançester Siti" futbol üzrə İngiltərə Premyer Liqasının II tur matçında London "Tottenhem"i ilə heç-heçə edib.

“Report” xəbər verir ki, Mançester şəhərində keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Ev sahiblərinin heyətində Rahim Sterlinq və Serxio Aquero fərqlənib. Qonaqların qollarını Erik Lamela və Lukas Moura vurub.

"Mançester Siti" üçüncü turda səfərdə "Bornmut"la qarşılaşacaq, "Tottenhem" "Nyukasl Yunayted"i qəbul edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.