İrqçiliyə görə “İdman Azərbaycan”dan uzaqlaşdırıldı

18-08-2019, 15:21           
İrqçiliyə görə “İdman Azərbaycan”dan uzaqlaşdırıldı
İdman Azərbaycan telekanalının şərhçisi İsmayıl Abdullayev kanal rəhbərliyi tərəfindən 1 ay müddətinə şərhçilikdən kənarlaşdırılıb.
Teref.az xəbər verir ki, bu barədə şərhçi şəxsi "İnstagram" hesabında yazıb. Söyləntilərə əsasən, kanalın bu addımı atmasına səbəb İsmayıl Abdullayevin "Mançester Yunayted" - "Çelsi" oyununu səsləndirərkən yol verdiyi irqçilik olub. Belə ki, aparıcı "Çelsi"nin futbolçusu Nqolo Kante barədə "Kante yansaydı da, rəngində bir fərq olmayacaqdı" ifadəsini işlədib.

Qeyd edək ki, bir neçə gün öncə "Futbol+" qəzetində "İdman Azərbaycan telekanalından görünməmiş irqçilik" adlı başlıqla yayımlanan bu xəbər çoxlarının narazılığına səbəb olmuşdu. Sosial şəbəkə istifadəçiləri xəbərin şou məqsədi daşıdığını, şərhçinin azarkeşi olduğu "Yuventus"da da kifayət qədər qaradərili futbolçu olduğunu və buna görə də onun bu ifadəni işlətməsinin irqçilik mövqeyini daşımadığını yazmışdılar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.