İsveç yığması da AVRO-2020-yə yüksəlib
16-11-2019, 07:15

AVRO-2020-nin seçmə mərhələsində IX turun ikinci oyun günü başa çatıb.
Apasport.az-ın məlumatına görə, günün ikinci oyun sessiyasında 5 matç keçirilib.
D qrupunda Danimarka Cəbəllütariqi darmadağın edib. İsveçrə Gürcüstanın müqavimətini güclə qırıb. Bu qrupda AVRO-2020-yə hər iki vəsiqə son turda sahibini tapacaq.
F qrupundan final mərhələsinə vəsiqəni öncədən təmin edən İspaniya Maltanın qapısından 7 cavabsız top keçirib. Bununla da pireneylilər qrup birinciliyini də rəsmiləşdirib.
Bu qrupda 2-ci yerin sahibi isə İsveç olub. Şimallılar səfərdə Rumıniyanı udaraq AVRO-2020-yə yüksəlib.
J qrupunda çıxış edən İtaliya isə Bosniya və Herseqovinanı 3 cavabsız qolla yenib. Bununla da appeninlilər tsikldə ardıcıl 9-cu qələbəni qazanıb.
Qeyd edək ki, oyunları 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanan komandaların sayı 12-yə çatıb. Bunlar Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiya, Finlandiya və İsveçdir.
AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
15 noyabr
D qrupu
23:45. İsveçrə - Gürcüstan – 1:0
İtten, 78
23:45. Danimarka – Cəbəllütariq – 6:0
Skov, 12, 64, Qitkyaer, 47, Bratveyt, 51, Eriksen, 85, 90
Növbəti oyunlar noyabrın 18-də keçiriləcək: İrlandiya – Danimarka, Cəbəllütariq – İsveçrə.
F qrupu
23:45. İspaniya – Malta – 7:0
Morata, 23, Kazorla, 41, Torres, 62, Sarabia, 63, Olmo, 69, Moreno, 71, Navas, 86
23:45. Rumıniya – İsveç – 0:2
Berq, 18, Quaison, 34
Növbəti oyunlar noyabrın 18-də keçiriləcək: İsveç – Farer adaları, İspaniya – Rumıniya, Malta – Norveç.
J qrupu
23:45. Bosniya və Herseqovina – İtaliya – 0:3
Açerbi, 21, İnsinye, 37, Belotti, 53
Növbəti oyunlar noyabrın 18-də keçiriləcək: Lixtenşteyn – Bosniya və Herseqovina, İtaliya – Ermənistan, Yunanıstan – Finlandiya.