Futbol tarixinin ən güclü komandalarının adları açıqlandı – Siyahı

14-01-2020, 19:09           
Futbol tarixinin ən güclü komandalarının adları açıqlandı – Siyahı
Futbol tarixinin ən güclü komandaları bəlli olub.

Bu barədə “Clubelo” nəşri araşdırma aparıb. Siyahıya İspaniya “Barselona”sının 2012-ci ildəki komandası başçılıq edir. 2014-cü ildəki Almaniya “Bavariya”sı ikinci yerə, həmin ilin “Real Madrid”in komandası isə üçüncü olub.

İngiltərənin “Liverpul” klubunun hazırkı heyəti 4-cü, “Real Madrid”in 1961-ci ildəki komandası 5-ci ola bilib. İtaliya “Milan”ı (1993) 6-cı, İngiltərə “Mançester Siti”si (2019) 7-ci, Macarıstan MTK-sı (1955) 8-ci, İngiltərə “Çelsi”si (2008) 9-cu, İngiltərə-nin digər təmsilçisi “Mançester Yunayted” isə (2008) 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, ilk iki pillədə qərarlaşan tarixin ən güclü komandalarına hazırda “Mançester Siti”də işləyən edən Xoseb Qvardiola rəhbərlik edib. Reytinqdə vurulan qol fərqi, ev sahəsinin üstünlüyü və Avropa çempionatları arasındakı güc fərqi nəzərə alınıb/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru