Ən yaxşıların reytinqi açıqlandı - Həmyerlimiz irəlilədi

15-01-2020, 00:11           
Ən yaxşıların reytinqi açıqlandı - Həmyerlimiz irəlilədi
İlk üçlükdə ispan Ernesto Valverde Texedor, alman Yurgen Klopp və argentinalı Marselo Qalyardo yer alıblar.

"Football World Rankings" portalı 2020-ci il üçün dünyanın ən yaxşı məşqçilərinin ilk reytinqini dərc edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan klublarının məşqçilərindən ən yüksək pillədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yer alıb. O, 1054 xalla 4 pillə irəliləyərək 571-ci yerə yüksəlib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 818 xalla 674-cüdür. İtaliyalı mütəxəssis bundan əvvəlki reytinqlə müqayisədə 3 pillə irəliləyib.

Qeyd edək ki, ilk üçlükdə ispan Ernesto Valverde, alman Yurgen Klopp və argentinalı Marselo Qalyardo yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru