Superliqaya vəsiqə qazanan sonuncu klub

31-07-2020, 08:44           
Superliqaya vəsiqə qazanan sonuncu klub
2020/2021 mövsümündə Türkiyə Superliqasında oynamağa vəsiqə qazanan sonuncu klub müəyyənləşib.

Qol.az xəbər verir ki, TFF 1-ci liqanın pley-off mərhələsinin finalında “Adana Dəmirspor”la “Fatih Karagümrük” qarşılaşıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (6:5) “Fatih Karagümrük” Superliqaya vəsiqə qazanıb.

Xatırladaq ki, bundan əvvəl TFF 1-ci liqanın qalibi olan “Hatayspor” və 2-ci pilləni sahibi “Ərzurumspor” elitaya yüksəlib.
30 iyul

“Adana Dəmirspor” - “Fatih Karagümrük” - 1:1 (penaltilər seriyası - 5:6)
Qollar: Ortakaya, 40 (0:1), Dibba, 68 (1:1












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.