Messinin qiyməti bəlli oldu - 700 milyon avro

25-08-2020, 00:00           
Messinin qiyməti bəlli oldu - 700 milyon avro
İspaniyanın "Barselona" klubu futbolçusu Lionel Messi ilə 700 milyon avroya vidalaşmağa hazırdır.

"Report" "Daily Mirror"a istinadla xəbər verir ki, argentinalı hücumçunu əldə etmək istəyən klub bu məbləği tam ödəməli olacaq. 33 yaşlı forvardla İtaliya "İnter"i, Fransa PSJ-si və İngiltərə təmsilçisi "Mançester Siti" maraqlanır.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Klub onu komandada saxlamaq niyyətindədir. Messi ötən mövsüm 44 oyuna 31 qol vurub və 24 məhsuldar ötürmə verib. "Transfermarkt.de" ulduz futbolçuya 112 milyon avro qiymət qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru