"Neftçi" "Şkuzi"ni məğlub etdi
28-08-2020, 00:07

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" Şimali Makedoniyanın "Şkuzi" komandası ilə qarşılaşır.
Publika.az xəbər verir ki, 87-ci dəqiqəsində Anton Krivotsyuk komandasının ikinci qolunu vurub.
Əsas vaxta artırılan 3-cü dəqiqədə rəqib vurulan qolların birinin əvəzini çıxıb.
"Neftçi" 2 - "Şkuzi" 1
***
21:24
UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" Şimali Makedoniyanın "Şkuzi" komandası ilə qarşılaşır.
Publika.az xəbər verir ki, birinci hissədə qapılara qol vurulmayıb.
İkinci hissənin 66-cı dəqiqəsində Buqrin vurduğu qolla "Neftçi"ni önə çıxarıb.
Bir neçə dəqiqə sonra rəqib komandanın futbolçusu qırmızı vərəqə alaraq meydanı tərk edib.
ƏTRAFLI
BOSCH Azerbaijan
***
19:13
UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün keçiriləcək "Neftçi" - "Şkupi" (Şimali Makedoniya) oyunu üçün start heyətlər müəyyənləşib.
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı 11-liklərlə çıxacaqlar.
"Neftçi": 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 24. Yusuf Laval, 28. Stiven Jozef - Monroz, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 91. Tallison Dias
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 6. Voislav Stankoviç, 10. Saman Nərimancahan, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 27. Fərid Yusifli
"Şkupi": 1. Kristian Naumoski, 3. Darko Qlişiç, 5. Diak Lamine, Besar 10. Iseni (k), 11. İlirid Ademi, 16. Besart Krivanyeva, 19. Omar Qudiabi, 20. Dembo Darbo, 21. Sabit Bilalli, 22. Filip Qliqorov, 33. Lima Da Silva Neto
Ehtiyat oyunçular: 12. Artan İlyazi, 4. Ardit İlyazi, 7. Yakub Berişa, 8. Fatyon Yusufi, 14. Alvarez Rodriges, 23. Ramin Alii, 30. Fırat Güllü
Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq.