Bundesliqa oyunlarını oktyabrın 31-dək tamaşaçısız keçirəcək

28-08-2020, 07:45           
Bundesliqa oyunlarını oktyabrın 31-dək tamaşaçısız keçirəcək
Almaniyada idman yarışlarının tamaşaçısız keçirilməsi ilə bağlı qadağa oktyabrın 31-nə qədər uzadılacaq.

"Report" xəbər verir ki, bu barədə Sport.sky.de məlumat yayıb.

Almaniya kansleri Anqela Merkelin sözlərinə görə, oktyabr ayının sonunadək işçi qrupu ölkədə idman tədbirlərinə tamaşaçıların qəbulu ilə bağlı təkliflər hazırlamalı olacaq.

Qeyd edək ki, Bundesliqada 2020/21 mövsümü sentyabrın 18-də başlayır. Sentyabrın 11-də Almaniya kubokunda isə ilk turunun oyunları keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru