Doğma şəhərində Messi üçün aksiya - VİDEO

29-08-2020, 02:03           
Doğma şəhərində Messi üçün aksiya - VİDEO
Lionel Messinin doğulduğu Rosario şəhərinin sakinləri aksiya keçiriblər.

“Goal” nəşri xəbər verir ki, azarkeşlər Messini öz doğma şəhərinin klubu olan “Nyuels Old Boyz”da oynamağa dəvət ediblər.

Küçələrə çıxan 400-dən çox azarkeş əllərində “Messi geri qayıt”, “Bura sənin evindir” və digər oxşar məzmunlu plakatlar tutublar.

Sürücülər də öz növbəsində küçə ilə yeriyən azarkeşlərə dəstək verərək, avtomobillərin səs siqnallarını işə salıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.