CAS rusiyalı məmurlara Olimpiya Oyunlarını ziyarəti qadağan etdi

18-12-2020, 09:03           
CAS rusiyalı məmurlara Olimpiya Oyunlarını ziyarəti qadağan etdi
Lozannadakı İdman Arbitraj Məhkəməsi (CAS) 2 il ərzində nazirlər və hökumət üzvləri də olmaqla Rusiya hakimiyyəti nümayəndələrinə Olimpiya Oyunları və Paralimpiya Oyunlarını ziyarət etməyi qadağan edib.

Bu barədə “Ren TV” məlumat yayıb.

Bundan əlavə RUSADA (Rusiyanın antidopinq agentliyi) WADA-ya (Ümumdünya Antidopinq Agentliyi) 2019-cu ilin yanvarından bu yana qurumun çəkdiyi xərclərin konpensasiyası üçün 1 milyon 270 min dollar ödəyəcək.

Qeyd olunur ki, Rusiya hökuməti nümayəndələri müxtəlif idman növləri üzrə dünya çempionatlarına akkreditasiya əldə edə bilməyəcək, həmçinin sözügedən tədbirləri ziyarət edə bilməyəcəklər. Məhdudiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin heyətinə daxil olan və ya idmançı-iştirakçı olan şəxslərə aid edilməyəcək.Xeberoxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru