Politoloq: “ABŞ-Azərbaycan əlaqələri problemsiz inkişaf edəcək”

31-05-2025, 15:14           
Politoloq: “ABŞ-Azərbaycan əlaqələri problemsiz inkişaf edəcək”
ABŞ-nin region siyasətində dönüş: Azərbaycanla əməkdaşlıq genişlənir

Son vaxtlar ABŞ və Azərbaycan arasında münasibətlər daha da yaxınlaşıb. İki ölkə arasında görüşlərin artması, rəsmi səfərlərin keçirilməsi və qarşılıqlı marağın güclənməsi göstərir ki, əlaqələr yeni mərhələyə qədəm qoyub. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi də buna nümunədir. ABŞ Azərbaycanın regionda önəmini qəbul edir və bu istiqamətdə əməkdaşlığı genişləndirməyə çalışır. Azərbaycan da bu münasibətlərin inkişafında maraqlıdır və tərəfdaşlığın davam etməsini istəyir.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlama verib:

"ABŞ-Azərbaycan əlaqələri yeni mərhələdə inkişaf edir. Xüsusilə ABŞ senatının Azərbaycana səfəri, prezidentin onu yüksək səviyyədə qəbul etməsi, həmçinin dövlət katibliyinin Avropa və Asiya məsələləri üzrə rəsmi hissəsində xarici nazirlərlə görüşü təbii ki, ABŞ-nin regionla bağlı yeni siyasətində yeni bir prosesin başlanması kimi qiymətləndirilmək olar. Göründüyü kimi, əvvəlki administrasiyadan fərqli olaraq indiki administrasiya Azərbaycanla siyasi əlaqələrdə maraqlıdır. Cənubi Qafqaz siyasətində yeni bir baxış formalaşdırılır. Bu kimi səfərlər iki dövlət arasında münasibətlərdə yeni dinamikaya gətirib çıxaracaq. Azərbaycan da ABŞ-la münasibətlərin davamlı inkişafında maraqlıdır. Hətta Donald Trump da aprel ayında prezident İlham Əliyevə göndərdiyi məktubda siyasi əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb. Bu səfər ABŞ-nin regionla bağlı siyasətində müsbət bir prosesdir. Azərbaycanla münasibətlər yeni müstəvidə davam edəcək".

Politoloq sonda ABŞ-Azərbaycan əlaqələrinin bundan sonrakı mərhələdə problemsiz olacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru