Saleh Səmədov həbs edildi - DETALLAR

31-05-2025, 16:17           
Saleh Səmədov həbs edildi - DETALLAR
Faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib.

Teleqraf xəbər verir ki, İmişli Rayon Məhkəməsi Saleh Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Onun vergidən yayınmada ittiham edildiyi bildirilir.

Qeyd edək ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, S.Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. S.Səmədov həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru