Azərbaycanda ödənişli atalıq məzuniyyətinə ehtiyac var?

31-05-2025, 15:38           
Azərbaycanda ödənişli atalıq məzuniyyətinə ehtiyac var?
"Ödənişli atalıq məzuniyyəti ilə bağlı bir sıra addımlar atılmalıdır. Hazırda ailədə atanın rolunun daha üstün olması ilə bağlı bir düşüncə mövcuddur. Yaxşı olar ki, ictimai birliklər və QHT-lər bu mövzuda qrant müsabiqələrində iştirak etsinlər, bölgələrdə maarifləndirmə işləri aparılsın".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov Baku TV-də yayımlanan "Yeni bir səhər" verilişində bildirib.

"Burada pis nə ola bilər ki?! Hər halda ailədə qadının da işləməsi büdcəyə müsbət təsir göstərər. Hazırkı şəraitdə ailədə yalnız kişi və ya yalnız qadının işləməsi balansın pozulmasına səbəb olur. Ona görə hesab edirəm ki, atalıq məzuniyyətinin təşviqinə və bununla bağlı məlumatlandırmanın artırılmasına ehtiyac var", - deyə o qeyd edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.