Pakistan və Əfqanıstan arasındakı əlaqələr YENİDƏN QURULA BİLƏR

31-05-2025, 12:44           
Pakistan və Əfqanıstan arasındakı əlaqələr YENİDƏN QURULA BİLƏR
Pakistan və Əfqanıstan arasındakı əlaqələr yüksəldilir.
Pakistanın xarici işlər naziri İshaq Dar cümə günü bildirib ki, İslamabad Əfqanıstanla münasibətləri yaxşılaşdırmaq və Kabilə səfir təyin etmək qərarına gəlib.
Ajans.az xəbər verir ki, o, bu barədə "X" səhifəsində yazıb.

"Mayın 19-da Pakistan nümayəndə heyəti ilə birlikdə Kabilə məhsuldar səfərimdən sonra Pakistan-Əfqanıstan münasibətləri müsbət istiqamətdə irəliləyir. Bu sürəti qorumaq üçün Pakistan hökumətinin Kabildəki müvəqqəti işlər vəkili rütbəsini səfirə yüksəltmək qərarını məmnuniyyətlə elan edirəm", - o yazıb.

Diplomat qeyd edib ki, bu addım iki ölkə arasında iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşməsinə töhfə verməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru