"Elmlər Akademiyası" stansiyasının qarşısında "ağıllı" dayanacaq işləmir - Sakinlər narazıdırlar

31-05-2025, 16:18           
"Elmlər Akademiyası" stansiyasının qarşısında "ağıllı" dayanacaq işləmir -
"Elmlər Akademiyası" stansiyasının qarşısında quraşdırılan monitorlu və kondisionerli dayanacağın sensor sistemi nasaz vəziyyətə düşüb və qapısı açılmır.

Bu isə xüsusilə isti hava şəraitində yaşlılar və səhhətində problem olan sakinlər üçün əlavə çətinliklər yaradır.

"Birdən-birə istilər düşüb. Bu vəziyyət əhali üçün çox böyük narahatlıq yaradır", - deyə sakinlərdən biri bildirib.

Başqa bir sakin isə deyib: "Yorğun gəlmişəm, istəyirəm ki, gedib oturum, avtobus gələnə kimi dincəlim. Amma bağlı olduğuna görə içəri daxil ola bilmirəm".

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, smart dayanacaqda baş verən nasazlıq haqqında məlumatlıdırlar. Problem qısa zamanda aradan qaldırılacaq.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru