İndoneziyada timsah 13 yaşlı uşağı dostlarının gözü qarşısında yeyib

31-05-2025, 16:58           
İndoneziyada timsah 13 yaşlı uşağı dostlarının gözü qarşısında yeyib
İndoneziyada məktəbli oğlan nəhəng timsahın qurbanı olub.

Bu barədə "Daily Mail" nəşri məlumat verib.

Hadisə şahidlərinin sözlərinə görə, 13 yaşlı Muhammad Syahputra Almanda çayın yaxınlığında dostları ilə futbol oynayırmış. Dörd metrlik timsah topu götürmək üçün suya girən oğlana qəfil hücum edib.

"O, dostundan topu suya atmasını istəyib, topun arxasınca tullanıb", - deyə şahidlər bildiriblər.

Uşağın dostları yırtıcının onu suyun altında sürükləməsini dəhşət içində izləyiblər. Timsah oğlanı parçalayıb və bədəninin bir neçə hissəsini yeyib.

Qayıqlarda olan xilasetmə qrupları bir neçə saat çayı axtarıblar və nəticədə üzərində çox sayda yaralar olan cəsədi tapıblar. Ölən yeniyetmənin valideynləri övladlarının cənazəsini dəfn üçün qəbul ediblər.

Uşağın ölümü yerli ictimaiyyəti ayağa qaldırıb: insanlar hakimiyyətdən təhlükəsizliyin təmin edilməsi üçün təcili tədbirlər görməyi tələb edirlər.

Mütəxəssislər həyəcanverici bir tendensiyanı qeyd edirlər - son illərdə timsahlar daha çox yaşayış məntəqələrinin yaxınlığında görünməyə başlayıblar.

"Həddindən artıq balıq ovu və təbii yaşayış mühitinin dağıdılması səbəbindən yırtıcılar kəndlərə yaxın yerlərdə yemək axtarmağa məcbur olurlar", - deyə Cakartadan olan ekoloq qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru