Eltisinin ölümünə görə həbs olunan həkim iş başında: Müştəri qəbul edir - FOTOFAKT

31-05-2025, 12:56           
Eltisinin ölümünə görə həbs olunan həkim iş başında: Müştəri qəbul edir - FOTOFAKT
Xəbər verdiyimiz kimi, Bakıda ev şəraitində eltisinə qanunsuz bədənşəkilləndirmə əməliyyatı həyata keçirərək ölümünə səbəb olmaqda təqsirləndirilən “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova məhkəmə hökmü ilə cəzalandırılıb. Məhkəmənin hökmünə əsasən, Ülviyyə İlyasova 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, o, 3 il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli olan Ülviyyə İlyasova “WhatsApp” statusunda işdə olduğunu bildirirək paylaşım edib:

"Bu çətin günlərdə yanımda olan hər kəsə sonsuz təşəkkürlər. 1 il 40 gün çəkən bu haqsızlıq sonunda öz yerini tapdı. Canlarım mənim, narahat olan hər kəs, yaxşı ki, varsınız. Allah gözəl qəlbinizə görə versin. Sizi sevirəm. Həyatda hər şey qarşılıqlıdır. Hər gün işdəyəm, buyurub gələ bilərsiniz".

Qeyd edək ki, Ülviyyə İlyasova aprelin 15-də üzərində “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlayıb. Növbəti gün xəstədə qanaxma başlayıb və Ü.İlyasova onu köməksiz vəziyyətdə qoyub. Nəticədə Səbirə Vəliyeva kəskin qanitirmədən dünyasını dəyişib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru