Türkiyə kurortundakı yanğına görə inanılmaz cəza verilə bilər

31-05-2025, 16:38           
Türkiyə kurortundakı yanğına görə inanılmaz cəza verilə bilər
Türkiyə məhkəməsi yanvar ayında Kartalkaya dağ-xizək kurortunda baş verən yanğınla bağlı ittiham aktını təsdiqləyib. İş üzrə 32 təqsirləndirilən şəxs var.

Bu barədə NTV telekanalı məlumat yayıb.

Məlumata görə, 13 müttəhimi 1998 ilədək, 19 nəfəri isə 22 il 6 aya qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, yanvarın 21-də "Grand Kartal" hotelində baş verən yanğın nəticəsində 78 nəfər həlak olub. Ölənlərin əksəriyyəti uşaqlardır. 50-dən çox insan yaralanıb. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru