Tramp: "ABŞ tezliklə İranla razılaşma əldə edə bilər"

31-05-2025, 16:34           
Tramp:
ABŞ və İran yaxın gələcəkdə Tehranın nüvə proqramı ilə bağlı mübahisələri həll etmək üçün razılığa gələ bilər.
"Report"un xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp özəl sektora qayıdan ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) kuratoru İlon Maskla birlikdə Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

"Onlar sövdələşməyə üstünlük verirlər. Məncə, bu, çox da uzaq olmayan gələcəkdə baş verə bilər", - dövlət başçısı bildirib.

Tramp həmçinin vurğulayıb ki, Mask öz administrasiyasını həmişəlik tərk etməyəcək: "DOGE-nin bir çox əməkdaşı qalır. İlon da burada qalır. O, gəlib - gedəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru