Klublararası dünya çempionatında ilk qarşılaşma

5-02-2021, 05:39           
Klublararası dünya çempionatında ilk qarşılaşma
Dünən Qətərdə klublararası dünya çempionatı start götürüb.

Sfera.az xəbər verir ki, turnirin açılış matçında Meksikanın "Tiqres" və Cənubi Koreyanın "Ulsan" komandaları üz-üzə gəlib.

"Əl-Rayan" stadionunda oynanılan qarşılaşma Şimali Amerika təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu 24-cü dəqiqədə asiyalıların heyətində Kim Ki Xi vurub. "Tiqres"də isə fransalı hücumçu Andre-Pyer Jinyak dubl edib. O, 38 və 45+5-ci dəqiqələrdə adını tabloya yazdırıb.

Qeyd edək ki, "Tiqres" yarımfinalda Libertadores kubokunun qalibi olan Braziliyanın "Palmeyras" klubu ilə üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru