Ukraynalı qapıçı: "Nuriyev Azərbaycan millisinə xeyir verə bilər"

5-02-2021, 00:50           
Ukraynalı qapıçı:
"Anatoli Nuriyev haqqında yalnız müsbət fikirlər söyləyə bilərəm. O həm yaxşı futbolçu, həm də yaxşı insandır".

Bunu "Report"a açıqlamasında Ukraynanın "Minay" klubunun qapıçısı Andrey Popoviç komanda yoldaşı Anatoli Nuriyevin Azərbaycan millisinə cəlb olunması məsələsinə münasibət bildirərkən deyib.

Ukraynalı qolkiperin sözlərinə görə, 25 yaşlı hücumçu yığmaya xeyir verə biləcək səviyyədədir: "Nuriyev fiziki cəhətdən çox güclüdür. Dəqiq pasları var və qüvvətli zərbələrə malikdir. Bu keyfiyyətləri ona hücumçu kimi üstünlük qazandırır. Hesab edirəm ki, milliyə xeyir verə bilər. AFFA-dan təklif gələrsə, mütləq razılaşmalıdır".

"Minay"da oynayan digər həmyerlimiz Rüstəm Əhmədzadə barədə də danışan Azərbaycan millisinin keçmiş qapıçısı onun gənc və perspektivli futbolçu olduğunu söyləyib.

Qeyd edək ki, 2011-2014-cü illərdə U-21 və əsas yığmanın formasını geyinmiş Andrey Popoviç "Bakı", "Sumqayıt", "Turan" və "Qəbələ"də də çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru