"Qalatasaray" səfərdə "Fənərbağça"nı məğlub edib

7-02-2021, 00:46           
"Qalatasaray" səfərdə "Fənərbağça"nı məğlub edib
Oyun "Qalatasaray"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb

Futbol üzrə Türkiyə Super Liqasında "Fənərbağça" və "Qalatasaray" komandaları arasında İstanbul derbisi keçirilib.

AYNA-nın məlumatına görə, XXIII tura təsadüf edən qarşılaşma "Ülker stadionu"nda baş tutub.

FIFA referisi Cüneyt Çakırın idarə etdiyi oyun "Qalatasaray"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində qolu 54-cü dəqiqədə misirli futbolçu Mustafa Məhəmməd vurub.

"Sarı qırmızılar" bu nəticədən sonra 48-ci xalını qazanıb və "Fənərbağça" ilə birlikdə 1-2-ci yerləri bölüşdürür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru