Azərbaycan kubokunda yarımfinal cütləri dəqiqləşib

7-02-2021, 19:44           
Azərbaycan kubokunda yarımfinal cütləri dəqiqləşib
Azərbaycan kubokunda yarımfinal mərhələsinin cütləri dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, 1/4 finalın son günündə ikinci cütün tərkibi bəlli olub.

Yarımfinalda azarkeşlər bir cütdə paytaxt derbisi izləyəcək. “Keşlə” final vəsiqə uğrunda görüşdə “Zirə” ilə qarşılaşacaq. Bu komandalar müvafiq olaraq “Kəpəz” (1:0, 2:0) və “Neftçi”ni (1:0, 0:0) mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, aprelin 21-də və 29-da baş tutacaq yarımfinalın digər cütü bir gün əvvəl bəlli olub. “Qəbələ”ni hər iki görüşdə (3:1, 3:0) məğlub edən “Qarabağ” “Səbail”i səfər qolları ilə keçən “Sumqayıt”la (0:1, 2:1) görüşəcək.

Azərbaycan kuboku
1/2 final
(21/29 aprel)

"Sumqayıt" – "Qarabağ"
“Keşlə” - “Zirə”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru