Dünya çempionatında ilk dəfə KONKAKAF təmsilçisi finala yüksəlib

8-02-2021, 08:04           
Dünya çempionatında ilk dəfə KONKAKAF təmsilçisi finala yüksəlib
Qətərdə keçirilən klublararası dünya çempionatında yarımfinal mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, Amerika derbisində Şimali və Cənubi Amerikanın ən yaxşıları üzü-üzə gəlib.

Meksika təmsilçisi “Tiqres” Braziliyanın “Palmeyras” klubuna qalib gəlib. Andre Pyer Jinyakın 54-cü dəqiqədəki qolu matçın taleyini həll edib.
Bununla da çempionatın tarixində ilk dəfə KONKAKAF təmsilçisi finala yüksəlib. “Tiqres”in rəqibi “Bavariya” – “Əl-Əhli” görüşündə bəlli olacaq. Bu görüş fevralın 8-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru