"Liverpul" 6 futbolçusu ilə yolları ayırır

8-02-2021, 21:44           
"Liverpul" 6 futbolçusu ilə yolları ayırır
"Liverpul" yay transfer pəncərəsində altı futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.

Qol.az "The Athletic"ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi əmək haqqlarını ödəyə bilmək və transferləri tamamlamaq üçün bəzi oyunçularla yolları ayıraraq vəsait yığmaq istəyir. Klub bu mövsüm demək olar ki, bütün transferlərini hissə-hissə həll edib və bu yay bəzi futbolçuları birdəfəlik ala bilər.

"Liverpul" ehtiyat qapıçı Adrianla yanaşı, bu mövsüm "Portu"da icarə əsasında oynayan yarımmüdafiəçi Marko Qruyiçə etibar etmir. Klubun Aleks Oksleyd-Çemberlenlə də yolları ayıra biləcəyi vurğulanıb. Satışa çıxarılması planlaşdırılan namizədlərin adları açıqlanmayıb.

Qeyd edək ki, "Liverpul" 23 turdan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü yerdə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru