Teymur Rəcəbov Levon Aronyanla heç-heçə edib, 1/4 finala yüksəlib - YENİLƏNİB

9-02-2021, 07:37           
Teymur Rəcəbov Levon Aronyanla heç-heçə edib, 1/4 finala yüksəlib - YENİLƏNİB
“Champions Chess Tour” çərçivəsində “Opera Euro Rapid” turnirinin ilkin mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, mükafat fondu 100 min ABŞ dolları olan yarışın üçüncü günündə son 5 tur oynanılıb.

İlk 10 matçda uduzmayan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenə məğlub olmayıb. 34 yaşlı qrossmeyster Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa) və Uesli So (ABŞ) ilə ardıcıl 4 heç-heçə edib. Təmsilçimiz ilkin mərhələnin son görüşündə prinsipial rəqiblə üz-üzə gəlib. O, ermənistanlı Levon Aronyanla qarşılaşıb və yenə 0,5 xalla kifayətlənib.

Beləliklə, 15 oyunda 1 qələbə qazanıb, 14 heç-heçə edən Rəcəbov 8 xal toplayıb. O, bu nəticə ilə 7-ci yeri tutub və 1/4 finala yüksəlib. Rəcəbovla yanaşı, Maqnus Karlsen (Norveç, 9,5 xal), Aniş Giri (Niderland, 9,5), Uesli So (ABŞ, 9), Levon Aronyan (Ermənistan, 8,5), Maksim Vaşye-Laqrav (Fransa, 8,5), Yan Kşiştof Duda (Polşa, 8) və Daniel Dubov (Rusiya, 7,5) pley-offda iştirak hüququ qazanıb.

Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq.

***

Saat. 00:38

“Champions Chess Tour” çərçivəsində “Opera Euro Rapid” turnirinin ilkin mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, mükafat fondu 100 min ABŞ dolları olan yarışın üçüncü günündə son 5 tur oynanılır.

İlk 10 matçda uduzmayan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenə məğlub olmayıb. 34 yaşlı qrossmeyster Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa) və Uesli So (ABŞ) ilə ardıcıl 4 heç-heçə edib. Təmsilçimiz ilkin mərhələnin son görüşündə prinsipial rəqiblə üz-üzə gəlib. O, ermənistanlı Levon Aronyanla qarşılaşıb və yenə 0,5 xalla kifayətlənib.

Beləliklə, 15 oyunda 1 qələbə qazanıb, 14 heç-heçə edən Rəcəbov 8 xal toplayıb.

Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq.

ApaSport












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru