Avropa çempionatı: Cüdoçularımızın ilk rəqibləri bilindi

16-04-2021, 06:01           
Avropa çempionatı:
Portuqaliyanın paytaxtı Lissabondakı Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.

"Report" xəbər verir ki, artıq bütün çəki dərəcələrində püşkatma mərasimi keçirilib.

Yarışın ilk günündə Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə və Orxan Səfərov (hər ikisi 66 kq) mübarizə aparacaq.

Kişilər

60 kq

1/16 final. Kəramət Hüseynov - Nikolae Foça (Moldova)

66 kq

1/16 final. Nicat Şıxəlizadə - Matej Polyak (Slovakiya)

1/16 final: Orxan Səfərov - Amit Boboviç (İsrail)

81 kq

1/16 final. Murad Fətiyev - Vedat Albayrak (Türkiyə)

1/16 final. Hidayət Heydərov - Niklas Blöxl (Almaniya)

100 kq

1/16 final. Zelim Kotsoyev - Aaron Fara (Avstriya)

1/16 final. Elmar Qasımov - Toma Nikiforov (Belçika)

+100 kq

1/8 final. Uşangi Kokauri - Daniel Allerstorfer (Avstriya) / İvan Çoviç (Xorvatiya) cütünün qalibi

Qadınlar

+78 kq

1/8 final. İrina Kindzerska - Lea Fonteyn (Fransa)

Qeyd edək ki, aprelin 16-da start götürəcək yarış üç gün davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru