"Arsenal" 1932-ci ildəki klub rekordunu təkrarladı

16-04-2021, 06:56           
"Arsenal" 1932-ci ildəki klub rekordunu təkrarladı
Londonun "Arsenal" futbol klubu 1932-ci ildəki rekordunu təkrarlayıb.

“Report” xəbər verir ki, İngiltərə komandası ilk dəfə 1932-ci ilin dekabrında 4 səfər oyunun hamısında ardıcıl azı üç qol vurub.

London komandası aprelin 15-də Avropa Liqasının 1/4 finalının cavab matçı çərçivəsində Çexiyanın "Slaviya" komandasını 4:0 hesabı ilə darmadağın edib, əvvəlki səfər oyununda "Şeffild Yunayted"ə 3:0 hesabı ilə qalib gəlib. Bununla yanaşı, "Vest Hem Yunayted"lə heç-heçə (3:3) oynayıb və "Olimpiakos"u (3:1) yenib.

"Arsenal" İngiltərə Premyer Liqasının yarış cədvəlində doqquzuncu mövqedədir, komanda 31 matçda 45 xal yığıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru