“Səbail” - “Qarabağ” matçında qorxulu anlar - VİDEO

16-04-2021, 21:44           
“Səbail” - “Qarabağ” matçında qorxulu anlar - VİDEO
Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən “Səbail” – “Qarabağ” matçında qorxulu anlar yaşanıb.

KONKRET.az xəbər verir ki, matçın 26-cı dəqiqəsində top uğrunda mübarizə zamanı meydan sahiblərinin futbolçusu Amil Yunanov ayaqla “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin başından vurub.

Bu zaman qapıçı bir müddət yerdə qalıb və oyunu davam etdirə bilməyib. Nəticədə gənc qapıçı Emil Balayevlə əvəzlənib. Qarşılaşmanın baş hakimi Əliyar Ağayev isə Amil Yunanova sarı vərəqə verməklə kifayətlənib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru