Olimpiya məşəli estafetində koronavirusa ilk yoluxma qeydə alındı

23-04-2021, 08:08           
Olimpiya məşəli estafetində koronavirusa ilk yoluxma qeydə alındı
Yaponiyada Olimpiya məşəli estafetini təmin edən işçilərdən biri koronavirusa yoluxub.

Bu barədə “Kyodo” xəbər verir.

Mərasimdə ilk yoluxma hadisəsi Kaqava Prefekturasında estafet yarışında qeydə alınıb. Yoluxan şəxs mərasim zamanı asayişi təmin edən 30 yaşlı polis məmurudur.

Qeyd edək ki, martın 25-də başlayan Olimpiya məşəli estafeti 121 gün davam edəcək və Yaponiyanın 47 əyalətinin bütün 859 bələdiyyəsində keçiriləcək. Burada təxminən 10 min nəfərin iştirak edəcəyi gözlənilir.

2020 Yay Oyunları 23 iyul - 8 avqust tarixlərində Tokioda keçiriləcək. Koronavirus pandemiyası səbəbindən yarış 2020-ci ildən bu ilə təxirə salınıb. Xəstəliyin yayılma təhlükəsinə görə olimpiya yarışlarının əcnəbi tamaşaçısız keçirilməsinə qərar verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru