"Trabzonspor" - "Fənərbaxça" matçı yarımçıq dayandırılıb

25-04-2016, 09:12           
"Trabzonspor" - "Fənərbaxça" matçı yarımçıq dayandırılıb
Türkiyə Superliqasının 30-cu turu çərçivəsində keçirilən "Trabzonspor" - "Fənərbaxça" oyunu yarımçıq dayandırılıb.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, matçın dayandırılmasına, meydan sahiblərinin azarkeşlərinin hərəkətləri səbəb olub.

"Avni Aker" stadionunda keçirilən oyunda komandalarının biabırçı hesabla geridə (0:4) olmasını həzm edə bilməyən trabzonlu azarkeşlər tribunalardakı oturacaqları və başqa yad cisimləri meydana atmağa başlayıblar. Bu vaxt oyun qısa müddətə dayandırılsa da, sonradan davam etdirilib.

Ancaq bir neçə dəqiqə sonra yerli azarkeşlərdən biri meydançaya çıxaraq, yan xətt hakiminə zərbə endirib. Fanat yerə yıxılmış hakimi təpikləməyə başlayıb.

Meydançaya başqa azarkeşlərin də daxil olduğunu görən oyunun baş hakimi Bülənt Yıldırım oyunu yarımçıq dayandırıb və hər iki komanda paltardəyişmə otağına yollanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.