Portuqaliya polisi və Avropa Birliyinin Polis Xidmətinin (Avropol) əməkdaşları Rusiya mafiyasının köhnə qitədəki qolunu deşifrə ediblər.
Axar.az xəbər verir ki, mafiyanın bu qolu Avropa futbol klubları hesabına çirkli pulların yuyulmasını həyata keçiriblər. Cinayət qruplaşması maliyyə çətinlikləri üz-üzə qalan klublara yardım etməklə onlar üzərində nəzarəti ələ alıb. Bundan sonra həmin klublar vasitəsilə oyunçuların transferini həyata keçirilməklə çirkli pullar yuyulub.