“Formula-1”lə bağlı tikilən müvəqqəti obyektlərin sonrakı taleyi necə olacaq?

13-05-2016, 13:30           
“Formula-1”lə bağlı tikilən müvəqqəti obyektlərin sonrakı taleyi necə olacaq?
“2016-cı il “Formula-1” Avropa Qran-Prisi ilə əlaqədar tikilən obyektlər müvəqqətidir”. Bu barədə Bakı Şəhər Halqasından (BŞH) bildirilib.

Qeyd olunub ki, “Formula-1” Avropa Qran-Prisi üçün Bakının Azadlıq meydanında tikilən obyektlər söküləcək və gələn il keçiriləcək yarışa qədər anbarda saxlanacaq, 2017-ci ilin yarışından öncə isə yenidən qurulacaq.

Qeyd edək ki, “Formula-1” Avropa Qran-Prisinin həlledici rallisinə bu il iyunun 19-da Bakıda yerli vaxtla saat 18.00-da start veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru