Baş məşqçidən açıqlama: ''Erməniləri yaxşıca döydük'' (YENİ VİDEO)
14-05-2016, 16:31
Xəbər verdiyimiz kimi, Ukraynada kunq fu və uşu üzrə keçirilən Avropa Çempionatında azərbaycanlı və erməni idmançılar arasında kütləvi dava düşüb.
Azərbaycan yığmasının baş məşqçisi, dəfələrlə dünya və avropa Çempionu olan Ramil Allahverdiyev hadisə ilə bağlı AzVision.az-a açıqlama verib.
İdmançımız bildirib ki, davaya səbəb ermənilərin qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldıraraq təxriba əl atmasıdır.
Dünya çempionu “DQR”ın bayrağını ermənilərin əlindən alaraq cırdığını bildirib: “Yarışda Azərbaycanı 5 idmançı təmsil edirdi. Ermənilər qondarma “Qarabağ Respublikası”nın bayrağını meydanda qaldırmaq istədilər. Bu, bizə qarşı təxribatdır. Nəticədə dava düşdü, erməniləri yaxşıca döydük. Onların bayraqlarını əllərindən alıb cırdıq. Yarışda bizim idmançımız erməni rəqibini udmuşdu. Onlar da bizi qıcıqlandırmaq üçün bu addımı atdılar. Biz də cəzalarını verdik. Şükür Allaha bizdən heç kim döyülməyib, xəsarət də almamışıq. Ermənilərin qabırğaları, ayaqları sınıb. Onlar arasında kəllə-beyin travması alanlar var. Ermənilər bizi Ukrayna polisinə şikayət ediblər”.
[media=https://www.youtube.com/watch?v=8gNTNmOxxLA]