İlk dəfə atlar üçün idman ayaqqabısı hazırlandı - FOTO

26-10-2022, 11:14           
İlk dəfə atlar üçün idman ayaqqabısı hazırlandı - FOTO
Amerikalı dizayner ilk at ayaqqabısı markasını təqdim edib.

Markus Floyd atlar üçün idman ayaqqabılarının yaradılması üzrə ixtisaslaşacaq özəl “Horse Kicks” brendinin istifadəyə verildiyini elan edib.

Qeyd edək ki, ayaqqabıların forması atın dırnaqlarına uyğunlaşdırılıb. Yeni nallar ilk dəfə 4 və 5 noyabrda Kentukkidə keçiriləcək “Breeders' Cup” at yarışında sınaqdan keçiriləcək.

Markanın at sahiblərindən xüsusi sifarişlər alacağı bildirilir. “Nal-ayaqqabı”nın qiyməti həmişəkindən xeyli baha olacaq. Bir atın ayağına taxmaq üçün isə təxminən 1200 dollar xərcləməli olacaqlar.



Mənbə: New York Post












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.