Çempionlar Liqası: “İnter”, “Liverpul” və “Portu” 1/8 finala yüksəlib - YENİLƏNİB

27-10-2022, 09:54           
Çempionlar Liqası: “İnter”, “Liverpul” və “Portu” 1/8 finala yüksəlib - YENİLƏNİB
UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

“Report”un məlumatına görə, son 6 oyundan sonra daha 2 komanda 1/8 finala vəsiqəni təmin edib.

A qrupunda İngiltərə “Liverpul”u Niderlandda “Ayaks”ı 3:0 hesabı ilə darmadağın edərək, adını növbəti mərhələyə yazdırıb.

B qrupunda Madrid “Atletiko”su İspaniyada Almaniya “Bayer”i ilə heç-heçə edib - 2:2. Bu nəticə qrupun digər iştirakçısı olan Portuqaliya “Portu”sunu pley-offa çıxarıb.

C qrupunda “Barselona” İspaniyada Almaniya “Bavariya”sına 0:3 hesabı ilə uduzub. Turnirlə vidalaşması daha əvvəl rəsmiləşən Kataloniya təmsilçisi mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. İtaliya “İnter”i və “Bavariya” isə qrupdan çıxmağı təmin edib.

Çempionlar Liqası
Qrup mərhələsi, V tur
26 oktyabr

A qrupu

“Napoli” (İtaliya) – “Reyncers” (Şotlandiya) - 3:0
Qollar: Covanni Simeone, 11; 16. Leo Estiqor, 80


“Ayaks” (Niderland) – “Liverpul” (İngiltərə) - 0:3
Qollar: Məhəmməd Salah, 42. Darvin Nunyes, 49. Harvi Elliott, 52

Xal durumu: “Napoli” - 15 . “Liverpul” - 12. “Ayaks” - 3. “Reyncers” - 0.

B qrupu

“Brügge” (Belçika) – “Portu” (Portuqaliya) - 0:4
Qollar: Mehdi Taremi, 33; 70. Evanilson, 57. Stiven Euştakiu, 60

“Atletiko” (Madrid, İspaniya) – “Bayer” (Almaniya) - 2:2
Qollar: Yannik Karrasko, 22. Rodriqo De Paul, 50 - Mussa Diabi, 9. Kallum Hodson-Odoi, 29

Xal durumu: “Brügge” - 10. “Portu” - 9. “Atletiko” - 5. “Bayer” - 4.

C qrupu

“İnter” (İtaliya) – “Viktoriya” (Plzen, Çexiya) - 4:0
Qollar: Henrix Mxitaryan, 35. Edin Dzeko, 42; 66. Romelu Lukaku, 87

“Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) - 0:3
Qol: Sadio Mane, 10. Erik Çupo-Motinq, 31. Benjamin Pavar, 90+5

Xal durumu: “Bavariya” - 15. “İnter” - 10. “Barselona” - 4. “Viktoriya” - 0.

D qrupu

“Tottenhem” (İngiltərə) – “Sportinq” (Portuqaliya) - 1:1

Qol: Rodriqo Bentankur, 80 - Markus Edvards, 22

“Ayntraxt” (Frankurt, Almaniya) – “Marsel” (Fransa) - 2:1
Qollar: Daiti Kamada, 3. Randal Kolo Muani, 27 - Matteo Genduzi, 22

Xal durumu: “Tottenhem” - 8. “Sportinq” - 7. “Ayntraxt” - 7. “Marsel” - 6.

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları pley-off vəsiqəni təmin ediblər.

22:56

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 2 oyunu keçirilib.

“Report”un məlumatına görə, B və C qrupundakı matçlardan sonra 1/8 finalın növbəti iştirakçısı müəyyənləşib.

İtaliyada Çexiyanın “Viktoriya” (Plzen) komandasına 4 cavabsız qolla qalib gələn “İnter” adını pley-offa yazdırıb. Bu nəticədən sonra C qrupunda İspaniya “Barselona”sının turnirlə vidalaşması rəsmiləşib.

B qrupunda isə Portuqaliya “Portu”su Belçikada “Brügge”ni darmadağın edib - 4:0. Bu qrupun digər oyununda Madrid “Atletiko”su İspaniyada Almaniya “Bayer”ini məğlub edə bilməsə, Portu şəhərinin eyniadlı təmsilçisi vaxtından əvvəl 1/8 finala adlayacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

26 oktyabr

B qrupu

“Brügge” (Belçika) - “Portu” (Portuqaliya) - 0:4
Qollar: Mehdi Taremi, 33; 70. Evanilson, 57. Stiven Euştakiu, 60


23:00. “Atletiko” (Madrid, İspaniya) - “Bayer” (Almaniya)

Xal durumu: “Brügge” - 10 (5 oyuna). “Portu” - 9 (5 oyuna). “Atletiko” - 4. “Bayer” - 3.

C qrupu

“İnter” (İtaliya) - “Viktoriya” (Plzen, Çexiya) - 4:0
Qollar: Henrix Mxitaryan, 35. Edin Dzeko, 42; 66. Romelu Lukaku, 87


23:00. “Barselona” (İspaniya) - “Bavariya” (Almaniya)

Xal durumu: “Bavariya” - 12. “İnter” - 10 (5 oyuna). “Barselona” - 4. “Viktoriya” - 0 (5 oyuna)

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Portuqaliyanın “Benfika”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları pley-offa vəsiqəni təmin ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru