Avropa Liqası: "Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər

27-10-2022, 09:43           
Avropa Liqası: "Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Publik.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda Fransada "Nant" klubu ilə qarşılaşacaq. "Bojuar" stadionundakı görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edəcək Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hazırda "köhlən atlar" 7 xalla G qrupunda 2-ci pillədə qərarlaşıb. 3 xalı olan Liqa 1 təmsilçisi isə 3-cüdür. Ağdam klubu səfərdə ən azı 1 xal qazanacağı halda, pley-offa vəsiqəni təmin edəcək.

Bu qrupun digər oyununda isə "Frayburq" Almaniyada Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, V tur

27 oktyabr

23:00. "Nant" (Fransa) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Yakob Kehlet, Lars Hummelqard, Viktor Skite, Yorgen Burçard (hamısı Danimarka)

Nant, "Bojuar" stadionu

Xal durumu: "Frayburq" - 12. "Qarabağ" - 7. "Nant" - 3. "Olimpiakos" - 1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru