Konfrans Liqası: “Sivasspor” pley-offa vəsiqəni təmin etdi

28-10-2022, 10:34           
Konfrans Liqası: “Sivasspor” pley-offa vəsiqəni təmin etdi
Bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində V tura yekun vurulub.

Türkiyənin türnirdəki təmsilçisi “Sivasspor” doğma meydanda Rumıniyanın ÇFR kollektivini qəbul edib.

Rəqibini 3 dəfə mərkəzə dəvət edən türkiyəlilər matçda üstün tərəf olublar – 3:0.

Bu nəticədən sonra komandanın növbəti mərhələyə çıxışı rəsmiləşib.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, V tur

27 oktyabr

A qrupu

“Harts” (Şotlandiya) - RFŞ (Latviya) – 2:1

B qrupu

“Vest Hem” (İngiltərə) - “Silkeborq” (Danimarka) – 1:0

E qrupu

“Dnepr-1” (Ukrayna) - “Apollon” (Limassol, Kipr) – 1:0

F qrupu

“Molde” (Norveç) - “Yurqorden” (İsveç) – 2:3

“Şemrok Rovers” (İrlandiya) - “Gent” (Belçika) – 1:1

G qrupu

“Balkani” (Kosovo) - “Slaviya” (Praqa, Çexiya) – 0:1

“Sivasspor” (Türkiyə) - ÇFR (Rumıniya) – 3:0

H qrupu

“Bazel” (İsveçrə) - “Jalgiris” (Litva) – 2:2

“Slovan” (Bratislava, Slovakiya) - “Pünik” (Ermənistan) – 2:1












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru