Çempionlar Liqası: “Araz-Naxçıvan” son görüşündə də məğlub oldu - YENİLƏNİB

30-10-2022, 09:15           
Çempionlar Liqası: “Araz-Naxçıvan” son görüşündə də məğlub oldu - YENİLƏNİB
“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirib.

"Report"un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı sonuncu görüşündə Bosniya və Herseqovina təmsilçisi “Mostar”la üz-üzə gəlib.

Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2.

Qeyd edək ki, qrupda keçirdiyi ilk iki oyunda da uduzan "Araz-Naxçıvan" növbəti mərhələyə çıxmaq şanslarını bu oyuna qədər itirmişdi.

Çempionlar Liqası

Əsas mərhələ, III tur

“Mostar” (Bosniya və Herseqovina) – “Araz-Naxçıvan” – 3:2

Qollar: Aladzic, 3, 12, Saselli, 33 – Vitao, 23, Amenqual, 34

12:00

Bu gün “Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirəcək.

“Report”un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı sonuncu görüşündə Bosniya və Herseqovina təmsilçisi “Mostar”la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, qrupda keçirdiyi ilk iki oyunda da uduzan “Araz-Naxçıvan” növbəti mərhələyə çıxmaq şanslarını itirib.

Çempionlar Liqası

Əsas mərhələ, III tur

“Mostar” (Bosniya və Herseqovina) – “Araz-Naxçıvan”

29 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 22:00

Hakimlər: Jan Kresta (Çexiya), Lukaş Peşko (Slovakiya), Josip Dujmiç (Xorvatiya)

Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)

Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)

UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru