AVRO-2024: Portuqaliyadan darmadağın, İtaliya ilk qələbəsini qazanıb

27-03-2023, 09:54           
AVRO-2024: Portuqaliyadan darmadağın, İtaliya ilk qələbəsini qazanıb
AVRO-2024-ün seçmə mərhələsində II turun daha 4 oyunu keçirilib.

"Report"un məlumatına görə, C qrupunda İtaliya səfərdə Maltanı 2:0 hesabı ilə məğlub edib.

H qrupunda Şimali İrlandiya evdə Finlandiya ilə bacarmayıb - 0:1.

J qrupunda isə Portuqaliya səfərdə Lüksemburqu darmadağın edib, Slovakiya doğma meydanda Bosniya və Herseqovinaya qalib gəlib.

AVRO-2024, seçmə mərhələ
II tur
26 mart

C qrupu

22:45. Malta - İtaliya - 0:2
Qollar: Mateo Retegi, 15. Matteo Pessina, 27

Xal durumu: İngiltərə - 6 (2 oyuna), İtaliya - 3 (2 oyuna), Şimali Makedoniya - 3, Ukrayna - 0, Malta - 0 (2 oyuna)

H qrupu

22:45. Şimali İrlandiya - Finlandiya - 0:1
Qol: Benyamin Kölman, 28

Xal durumu: Sloveniya - 6, Danimarka - 3, Qazaxıstan - 3, Finlandiya - 3, Şimali İrlandiya - 3, San Marino - 0

J qrupu

22:45. Slovakiya - Bosniya və Herseqovina - 2:0
Qollar: Robert Mak, 13. Lukaş Haraslin, 40

22:45. Lüksemburq - Portuqaliya - 0:6
Qollar: Kriştianu Ronaldu, 9; 31. Joau Feliks, 15. Bernardu Silva, 18. Otavio, 77. Rafael Leau, 89
İstifadə edilməyən penalti: Rafael Leau, 85 (Portuqaliya)

Xal durumu: Portuqaliya - 6, Slovakiya - 4, Bosniya və Herseqovina - 3, İslandiya - 3, Lüksemburq - 1, Lixtenşteyn - 0.

AVRO-2024-ün seçmə mərhələsində II tura start verilib.

"Report"un məlumatına görə, 3 qrupda bu günə nəzərdə tutulan 8 qarşılaşmadan 4-ü artıq başa çatıb.

C qrupunda İngiltərə millisi evdə Ukraynaya qalib gəlib. H qrupunda Qazaxıstan Danimarka ilə görüşdə möhtəşəm geridönüş edərək, 3:2 hesablı qələbə qazanıb. Bu qrupun digər matçında Sloveniya San Marinonu məğlub edib.

J qrupunda isə İslandiya səfərdə Lixtenşteynin qapısından 7 cavabsız top keçirib.

AVRO-2024, seçmə mərhələ
II tur
26 mart

C qrupu

20:00. İngiltərə - Ukrayna - 2:0
Qollar: Harri Keyn, 37. Bukayo Saka, 40

22:45. Malta - İtaliya

Xal durumu: İngiltərə - 6 (2 oyuna), Şimali Makedoniya - 3, Malta - 0, İtaliya - 0, Ukrayna - 0

H qrupu

17:00. Qazaxıstan - Danimarka - 3:2
Qollar: Baxtiyor Zaynutdinov, 73. Asxat Taqıbergen, 86. Abat Aymbetov, 89 - Rasmus Hoylund, 21; 35
Qırmızı vərəqə: Abat Aymbetov, 90+6 (Qazaxıstan)

20:00. Sloveniya - San Marino - 2:0
Qollar: Benyamin Şeşko, 56. Roberto Di Mayo, 60 (avtoqol)

22:45. Şimali İrlandiya - Finlandiya

Xal durumu: Sloveniya - 3 (2 oyuna), Qazaxıstan - 3 (2 oyuna), Şimali İrlandiya - 3, Danimarka - 3 (2 oyuna), Finlandiya - 0, San Marino - 0 (2 oyuna)

J qrupu

20:00. Lixtenşteyn - İslandiya - 0:7
Qollar: David Oulavsson, 3. Arnar Haraldsson, 38. Aron Qunnarsson, 48; 68; 73 (penalti). Andri Qudyonsen, 85. Mikael Ellertsson, 87

22:45. Slovakiya - Bosniya və Herseqovina

22:45. Lüksemburq - Portuqaliya

Xal durumu: Bosniya və Herseqovina - 3, Portuqaliya - 3, İslandiya - 3 (2 oyuna), Slovakiya - 1, Lüksemburq - 1, Lixtenşteyn - 0 (2 oyuna).

Qeyd edək ki, gecənin digər 4 oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru