FIFA-nın DÇ-2026-da klublara ödəyəcəyi məbləğ müəyyənləşib

28-03-2023, 08:07           
FIFA-nın DÇ-2026-da klublara ödəyəcəyi məbləğ müəyyənləşib
FIFA 2026-cı ildə Kanada, ABŞ və Meksikada təşkil ediləcək dünya çempionatında klublara ödəyəcəyi məbləği müəyyənləşdirib.

“Sky News” xəbər verir ki, mundialda iştirak edəcək futbolçulara görə, klublarına təxminən 370 milyon dollar ayrılacaq.

Bu isə Qətərdəki DÇ-2022-dəki məbləğdən 75 faiz çoxdur. Argentinanın qalib gəldiyi mundialda klublar hazırlıq dönəmi də daxil olmaqla, oyunçularının turnirə cəlb olunduğu hər gün üçün təxminən 10 000 dollar alıblar. Bu dəfə isə məbləğin artırılacağı bildirilib.

Qeyd edək ki, DÇ-2026-da 48 komanda 12 qrupda mübarizə aparacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru