AVRO-2024: Azərbaycan millisi İsveçə 5-0 hesabı ilə məğlub olub

28-03-2023, 08:26           
AVRO-2024: Azərbaycan millisi İsveçə 5-0 hesabı ilə məğlub olub
Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirib.

Canni De Byazinin baş məşqçisi olduğu kollektiv səfərdə İsveçin qonağı olub.

Stokholm şəhərindəki “Friends Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesab 38-ci dəqiqədə açılıb. İsveç seçməsinin təcrübəli yarımmüdafiəçisi Emil Forsberq fərqlənib. Meydan sahibləri 65-ci dəqiqədə fərqi iki topa çatdırıblar. Bu dəfə Bəhlul Mustafazadə topu öz qapısına göndərərək, avtoqola imza atıb.

Bununla kifayətlənməyən skandinaviyalılar sona yaxın daha 3 dəfə fərqləniblər. 79-cu dəqiqədə Viktor Dyekereş, 88-ci dəqiqədə Yesper Karlsson, 89-cu dəqiqədə isə Antoni Elanqa adlarını tabloya yazdırıblar.

Beləliklə, üç gün əvvəl Avstriyaya məğlub olan Azərbaycan millisi ardıcıl ikinci oyununda böyük hesabla məğlub olub.

Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını iyunun 17-də “Dalğa Arena”da Estoniya seçməsinə qarşı keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru