İsveç millisinin baş məşqçisi Azərbaycanla oyundan sonra efirdə dalaşıb

28-03-2023, 09:48           
İsveç millisinin baş məşqçisi Azərbaycanla oyundan sonra efirdə dalaşıb
İsveç millisinin baş məşqçisi Yanne Andersson AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığması ilə keçirilən oyundan sonra yerli mütəxəssis Boyan Corciçlə dava edib.

“Report” xəbər verir ki, 5:0 hesabı ilə qalib gəldikləri qarşılaşmanın ardından “Viaplay TV”nin studiyasına yollanan 63 yaşlı mütəxəssis komandasının çıxışını dəyərləndirib.

Ardından Boyan Corciç 4-cü qolun müəllifi olan Yesper Karlssona az oyun şansı verilməsindən gileylənib. Buna qəzəblənən Andersson onunla mübahisəyə girişib, hətta İsveç millisinin sabiq futbolçusunun üzərinə hücum çəkib. Daha sonra o, əsəbi şəkildə studiyanı tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru