Hakim 85-ci dəqiqədə oyunu bitirdi - “Allah mənə belə dedi” - FOTO

29-03-2023, 12:38           
Hakim 85-ci dəqiqədə oyunu bitirdi -
İtaliyanın C seriyasında keçirilən “Viçensa” - “Arzinano Valçiampo” oyunu zamanı maraqlı hadisə baş verib.

Metbuat.az xəbər verir ki, referi Cüzeppe Mucera oyunun 85-ci dəqiqəsində matçın başa çatdığını elan edib. Lakin o kənardan edilən xəbərdarlıqlardan sonra oyunun yenidən davam etdirilməsini istəyib. Oyundan sonra xəstəxanaya yerləşdirilən Cüzeppe Mucera hallüsinasiya gördüyünü deyib. Həkimlərlə danışan Mucera, "Mən meydançadan çıxan insanların tabutlarda qayıtdığını gördüm. Xoşbəxtlikdən komaya düşmədim" deyib.

Matçın 85-ci dəqiqəsində halı pisləşən hakim "Düşünürəm ki, Allah mənə oyunu bitirməyi tapşırdı. Həkimlər müayinələr zamanı dedilər ki, bədənim soyuq deyil. Komaya düşə bilərdim və bu sonum olardı”- deyə ifadə edib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.