Məşhur futbolçular stadiona buraxılmadı - Polis qapıları bağlayıb... FOTO

30-03-2023, 10:33           
Məşhur futbolçular stadiona buraxılmadı - Polis qapıları bağlayıb... FOTO
Xəbər verdiyimiz kimi, UEFA AVRO 2024-ün seçmə mərhələsinin D qrupunun ikinci oyununda Bursada ev sahibi Xorvatiyaya 2:0 hesabı ilə məğlub olub.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Bursa Böyükşəhər Bələdiyyəsi Stadionunda 40 min adamın izlədiyi mübarizədə tragikomik hadisə yaşanıb.

Türkiyə - Xorvatiya matçını izləmək istəyən Yunus Mallı Bursa Böyükşəhər Bələdiyyəsi stadionuna daxil ola bilməyib. 25 dəfə A Milli Komandanın formasını geyinən Yunus rəsmilər qapıları bağladığı üçün stadiona daxil ola bilməyib.

Milli futbolçu ilə yanaşı, “Bursaspor”un kapitanı Enver Cenk Şahin, təcrübəli futbolçular Həsən Ayaroğlu və Kubilay Sönməz də stadiona daxil olmaqda çətinlik çəkib.

Yunus Mallı və "Bursaspor"un kapitanı Enver Cenk Şahin vəziyyəti rəsmilərə izah etsə də, müsbət nəticə əldə edə bilməyib. Qapıya toplaşan azarkeşlərin və mətbuat mənsublarının etirazlarından sonra polis əməkdaşları qapıları açıb və futbolçu matça daxil ola bilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru